Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba şəhər Soyqırımı Memorial Kompleksinə kütləvi ziyarət təşkil olunub.

31.03.2026

 

31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə əlaqədar 31.03.2026-cı il tarixində Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, və Quba şəhərində yerləşən Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə kütləvi ziyarət təşkil olunub.

Anım tədbirində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni İrsin Qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, Yeni Azərbaycan Partiyasının bir neçə rayon təşkilatının rəhbər və əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, media və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Ziyarət zamanı Quba Soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb, abidə önünə gül dəstələri qoyulub və ağac əkmə aksiyası keçirilib.