Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.

24.04.2025

24.04.2025-ci il tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlar dinlənilib.

Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə Milli Məclis tərəfindən qəbul edilən yeni Konstitusiya Azərbaycanın hüquqi dövlət quruculuğu prosesində mühüm mərhələni təşkil edir.

Bu sənəd müstəqil Azərbaycan Respublikasının hüquqi əsaslarını qoyub və ölkənin demokratik inkişafına zəmin yaradıb. “Konstitusiya və Suverenlik İli” Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcı olacaq, həmçinin Azərbaycanın beynəlxalq arenada daha güclü mövqeyə sahib olduğunu və öz suveren hüquqlarını qorumaq istiqamətində prinsipial mövqe tutacağını bir daha nümayiş etdirəcəkdir. Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş video-çarx izlənilib.