Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 Fevral - Xocalı soyqırımına həsr edilmiş ”Xocalı” adlı tədbir keçirilib.

25.02.2025

20 fevral 2025-ci il tarixində Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin Xudat şəhər Heydər Əliyev muzeyi və Xudat şəhər folklor evinin birgə təşkilatçılığı ilə 26 Fevral -Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar "Xocalı" adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və eləcə də Xocalı faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, muzeyin direktoru Könül Ramazanova XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı haqqında geniş və ətraflı məlumat verib.

Tədbirdə soyqırımdan bəhs edən film nümaiş olunub, sonda Xudat şəhər 3 saylı məktəbin şagirdləri ədəbi bədii kompozisiya ilə çıxış ediblər.