09.07.2025
10 iyul – 2025 ci il tarixində Quba – Xaçmaz Regional Mədəniyyət İdarəsi Şabran rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində 2025 – ci il Konstitusiya və Suverenlik ili ilə əlaqədar “Konstitusiya və suverenlik dövlətçiliyimizin əsasıdır” adlı dəyirmi masa keçirilib.Tədbirdə fəal oxucular və kitabxanaçılar iştirak edib. Kitabxanaçı tədbiri açıb və çıxış edərək bildirib ki, Müstəqillik və suverenlik hər bir xalqın və millətin ən müqəddəs arzusudur. Çünki milli dövlətçilik milli özümüdərkin və milli kimliyin ifadəsidir. Ulu Öndər Heydər Əliyev həmişə tövsiyə edirdi ki, dilinizi itirməyin, milliyyətinizi qoruyun. Əgər bunlar varsa, deməli, Vətən də var. Vətən isə millətin yer üzərindəki ünvanıdır.Fəal oxucular və kitabxanaçılar çıxışlarında qeyd ediblər ki, xalqın ən ali hüququ isə suverenlik hüquqdur. Bu hüquq xalqa verilmir, xalq özü onu mübarizələrin və bu yolda verdiyi qurbanların sayəsində əldə edir. Xalq öz suveren hüququndan istifadə edərək öz taleyinə sahib çıxır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Ulu Öndər deyirdi: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”. Xalqımız bu gün öz müstəqil dövlətinə sahibdir, rəşadətli əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz isə xalqımızın milli və əvəzsiz sərvətidir.