Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tədbir keçirilib.

18.09.2025

18.09.2025-ci il tarixində Quba Tarix-Diyarşünaslıq Muzeyində “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə müxtəlif bölgələrdən olan şəhid valideyinləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, muzey və filiallarının əməkdaşları iştirak edirdi.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edərək çıxış edən muzeyin direktoru, ll Qarabağ müharibəsinin şəhidi Rəvan Əliyevin anası Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğuluyaraq, Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında ətraflı danışıb. Sonra çıxışlar dinlənilib.

Çıxış edənlər 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilməsindən və Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunmasından danışıblar. Sonda muzeydə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sərgiyə baxış keçirilib.