13.12.2025
Şabran rayon İcra Hakimiyəti, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayon sektoru, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Şabran rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli “ çərçivəsində “Təməl hüquqlarımız və vəzifələrimiz” adlı tədbir keçirilib. Tədbirdə Şabran rayon İcra Hakimiyətinin yetkinlik yaşına çatmayanların işləri və müdafiəsi üzrə komissiyasının məsul katibi ,YAP Şabran rayon Təşkilatının nümayəndəsi, 56 saylı Şabran –Xaçmaz seçki dairəsinin sədri , DQİDK-nin Şabran rayon üzrə nümayəndəsi ,Şabran rayon Peşə Məktəbinin kollektivi , MİHİ Şabran rayon Komitəsinin sədri və digər qonaqlar iştirak edib.Tədbirdə iştirak edən qonaqlar vurğulayıb ki, təməl hüquqlar hər bir insanın doğuşdan bəri sahib olduğu, toxunulmaz və ayrılmaz əsas azadlıqları və hüquqlarıdır; bunları yaşamaq, təhsil almaq, ana dilindən istifadə etmək, vicdan azadlığı, söz azadlığı, mədəniyyətlə məşğul olmaq və ədalətli məhkəmə hüququ kimi əsas insan hüquqlarını əhatə edir, dövlətlər tərəfindən tanınmalı və qorunmalıdır. Qeyd olub ki, Ulu Öndər Heydər Əliyev vətəndaş cəmiyyətinə böyük önəm verib və bu gün də bu cəmiyyətə Ümummilli Liderin davamçısı cənab Prezident İlham Əliyev tərəfindən də önəm verilir. Ona görə ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışdır, biri olmadan digərindən danışmaq olmaz və azərbaycançılı ideologiyasının yaşaması məhz vətəndaş cəmiyyəti və dövlət qarşısında məsuliyyətdən, hüquqi dövlət quruculuğundan asılıdır.