Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hüquq Liderliyi Düşərgəsi” çərçivəsində keçirilən ideoloji sessiya keçirilib

24.11.2025

Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva gənclərlə “Heydər Əliyev İrsi və Dövlətçilik Məktəbi” mövzusu ətrafında interaktiv müzakirə aparıblar. Sessiya zamanı milli kimlik, vətəndaş məsuliyyəti, dövlətə sədaqət kimi dəyərlərin formalaşması, eləcə də Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmış “suverenlik məktəbi”nin prinsipləri ətraflı təhlil olunub.