05.12.2025
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 05.12.2025-ci il tarixində B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin tamaşa zalında "Şuşa, sən azadsan" sənədli filminin nümayişi olub. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən keçirilən film nümayişində rayonun mədəniyyət işçiləri, ali və orta ixtisas məktəblərinin tələbələri iştirak edib. Film öncəsi verilən məlumatda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilində kinonun rolundan, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasına həsr edilmiş filmlərin əhəmiyyətindən bəhs olunub. Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsinə, igid döyüşçülərimizin qəhrəmanlığına həsr edilən "Şuşa, sən azadsan" filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Baku Media Center və "Salnaməfilmin" birgə istehsalıdır.