26.09.2025
26 sentyabr 2025- cil tarixində Quba-Xaçmaz Regional Mədəniyyət idarəsi Şabran Mədəniyyət Mərkəzində 27 Sentyabr Anım Günü ilə əlaqədar “Şəhidsiz vətən olmaz” adlı tədbir keçirilib.
Tədbirdə Şabran RİH- nin başçısı Asif Hüseynov, şəhid ailələri, qazilər, Hərbi Komisarlığın, Şabran rayon Polis Şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib və torpaqlarımızın ərazi bütövlüyü uğurunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edilib ki, Sentyabrın 27-si tariximizə həm kədərli, həm qürurlu an kimi həkk olunub. Düz beş il bundan əvvəl 44 günlük Zəfər yoluna məhz bu gün ilk addımlar atıldı. Hər günü bir tarix olan 44 günlük qəhrəmanlıq salnaməmizə neçə-neçə igid oğullar öz canları, qanları ilə adlarını yazdırıblar. Azərbaycan xalqı şanlı Zəfər yolunda 2900-dan çox övladını qurban verib. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Tədbirdə Şabran “Xalq” teatrının aktyorları, məktəblilər vətənpərvərlik ruhunda şeirlər və mahnılar ifa edib.
Şəhidlərimizə həsr olunmuş video çarxlar izlənilib.