20.09.2025
Tədbir Quba “ASAN xidmət” mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi və Quba rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Yarış “NHN” formatında baş tutdu və ümumilikdə 8 komanda arasında gərgin bilik mübarizəsi aparıldı.
Nəticədə ilk 3 yeri qazanan komandalar medallarla, I yerin qalibi isə kubokla mükafatlandırıldı.
Yarışda iştirak edən bütün gənclərə təşəkkür edir, qalib komandaları səmimi qəlbdən təbrik edirik!