Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Suverenliyimiz xalqımızın milli sərvətidir” adlı tədbir keçirilib

19.09.2025

 

19.09.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin abonement bölməsinin fondunda Dövlət Suverenliyi Günü ilə əlaqədar “Suverenliyimiz xalqımızın milli sərvətidir” adlı tədbir keçirilib. Tədbirdə kitabxana əməkdaşları, Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta məktəbinin tarix müəllimi, ADPU-nun Quba filialının tələbələri, kitabxananın fəal oxucuları və başqaları iştirak edib. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin eləcə də, torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan Respublikası Konstitusiya qurluşunun bərpa edilməsi məqsədi ilə başlanan antiterror tədbirlərindən söz açaraq bildirblər ki, cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan suverenliyimizn tam bərpası ilə yekunlaşan, separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərindən iki il ötür. Qürurvericidir ki, bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Azərbaycan Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabr Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi zəfər tariximizin qalibiyyət təntənəsinin təcəssümü, xalqımızın tarixi iradəsinin, azadlıq sevgisinin və milli dövlətçilik düşüncəsinin rəmzidir. Azərbaycan xalqı üçün suverenlik sadəcə siyasi status deyil, həm də milli qürur, kimlik və gələcək nəsillərə miras qoyulmuş müqəddəs dəyərdir. Bu dəyərin qorunması və inkişafı hər bir azərbaycanlının borcudur. Sonda “2025-ci il Konstitusiya və Suverenlik İli” dir adlı kitab sərgisinə baxış keçirilib.