Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərə gedən yol” adlı tədbir keçirilib.

19.09.2025

"Zəfərə gedən yol" adlı tədbir keçirilib.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin və Quba- Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayon üzrə sektorunun birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində 27 sentyabr – Anım Gününə həsr olunmuş "Zəfərə gedən yol" adlı dəyirmi masa keçirilib.

Tədbirdə şəhid ailələri, müharibə veteranları, gənclər, mədəniyyət və təhsil işçiləri, iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir çıxışlarla davam edib. Bildirilib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman oğullarımızın şücaəti sayəsində 44 gün ərzində düşmən tapdağından azad olundu.

Gənclərlə görüş formatında təşkil olunan dəyirmi masada Vətən müharibəsi iştirakçıları qazanılan Zəfərin çətinliklərindən, ordunun yüksək əhval-ruhiyyəsindən danışıblar. Onlar qeyd ediblər ki, bu günkü qalibiyyətimizin təməlində xalqımızın birliyi, şəhidlərimizin fədakarlığı və dövlətimizin güclü siyasəti dayanır.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə ölkə məhv olmaq təhlükəsindən qurtardı. Məhz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin sayəsində ölkə böyük quruculuq dövrünə qədəm qoydu.

Artıq dünya arenasında həm siyasi, həm də iqtisadi müstəvidə öz layiqli yerini tutan Azərbaycan, eyni zamanda, qalib dövlət kimi regionda sülhün və sabitliyin qarantına çevrilib.

Tədbirdə həmçinin Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən işlərdən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq tədbirlərindən bəhs olunub.

Çıxışlarda vurğulanıb ki, bu il həm də 2023-cü ilin sentyabrında baş tutmuş Antiterror əməliyyatlarının 2-ci ildönümü qeyd olunur. Bu əməliyyatlar nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub və ölkəmiz ərazi bütövlüyünə tam sahib çıxıb.