20.09.2025
20 sentyabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba şəhər Uşaq İncəsənət məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, dövlət suverenliyi Azərbaycanın mövcudluğunun əsasıdır. Müstəqil dövlətin mövcudluğu yalnız hüquqi sənədlərlə deyil, xalqın siyasi iradəsi, milli həmrəyliyi və institusional davamlılığı ilə təmin olunur. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin sentyabr ayının 19-da imzalanmış “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam yalnız bir inzibati akt deyil, tarixi və siyasi mahiyyətinə görə milli dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri hesab olunur.
Tədbir məktəbin şagirdlərinin ifasında bir-birindən maraqlı musiqi nömrələri ilə davam edib.