Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Musiqi Günü - Üzeyir Hacıbəyov zirvəsi

16.09.2025

 

16.09.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba şəhər Uşaq İncəsənət məktəbində Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi və Milli Musiqi Gününə həsr olunmuş "Milli Musiqi Günü - Üzeyir Hacıbəyov zirvəsi" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər Üzeyir Hacıbəylinin adı ilə bağlı olan əlamətdar günün əhəmiyyətindən, dahi bəstəkarın yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmətlərdən danışıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam milli mədəniyyətə olan yüksək dəyərin ifadəsidir. Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində tükənməz irs qoyub, yaradıcılığı isə bu gün də öz aktuallığını qoruyub saxlayır. İllər, hətta əsrlər keçsə də, onun musiqi ənənələri, yaradıcılığı və ideyaları öz aktuallığını qoruyacaq. Onun zəngin irsi inkişaf etdiriləcək və gələcək nəsillərə ilham verəcək, musiqi mədəniyyətimizin gözəl ənənələrini formalaşdıracaq. 

Tədbir məktəbin şagirdlərinin ifasında konsert proqramı ilə davam edib, bir-birindən maraqlı musiqi nömrələri, şeirlər təqdim olunub