Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarixdə qürur günü” mövzusunda dəyirmi masa keçirilib.

18.09.2025

 

18 sentyabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon Mərkəzi Kitabxanası, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional bölməsinin  birgə təşkilatçılığı ilə Siyəzən rayon Mərkəzi Kitabxanasında 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş "Tarixdə qürur günü" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin açılış mərasimində əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işin təşkili şöbəsinin əməkdaşı, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional bölməsinin nümayəndəsi  və digərləri çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan, suverenliyimizin tam bərpası ilə yekunlaşan antiterror tədbirlərindən artıq iki il ötür. 2023-cü ilin 19 sentyabrında Dağlı Qarabağda separatçıların təxribatlarına cavab olaraq Azərbaycan ordusu lokal antiterror əməliyyatı keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxarıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qondarma qurum özünü buraxdığını elan etdi. Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ oldu.

Bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.