Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Üzeyir dühası” adlı təntənəli konsert proqramı təşkil edilib

18.09.2025

 

18 sentyabr 2025-ci il tarixində Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində dahi bəstəkar, maarifçi və publisist Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə “Üzeyir dühası” adlı təntənəli konsert proqramı təşkil olunub.

Tədbir çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat təqdim edilib. Ardınca Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri Üzeyir Hacıbəylinin əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış ediblər.

Həmçinin B. Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında “Leyli və Məcnun” operasından səhnə nümayiş olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.